XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 09:45

İranın BMT yanında Daimi Nümayəndəliyi:"Yanan tankerlərlə bağlı əssassız ittihamları qəti rədd edirik"

İranın BMT yanında Daimi Nümayəndəliyi Oman körfəzində neft tankerlərinə hücumlarda iştirakla bağlı ABŞ-ın ittihamlarını qəti surətdə rədd edib.

Bu barədə nümayəndəliyin bəyanatına istinadən “Reuters” agentliyi bildirib.

“İran iyunun 13-də (Oman körfəzində -red) baş vermiş neft tankerləri hadisələri ilə əlaqədar ABŞ-ın əsassız ittihamlarını qəti surətdə rədd edir və onları qəti surətdə pisləyir”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, cümə axşamı Oman körfəzində iki tanker yanıb. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.  /Report