XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 12:45

Oqtay Əsədov hirsləndi:“100 nəfər oturub 78 nəfər səs verir, bu, nə deməkdir?!”

Milli Məclisin spikeri Oqtay Əsədov  parlamentin bugünkü plenar iclası zamanı qanun layihəsi səsə qoyularkən səsvermədə iştirak etmədikləri üçün deputatlara irad bildirib.

Sədr narazılığını “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanunun səsverməsi zamanı çatdırıb.

O, deputatların səsvermədə iştirak etməməsinə əsəbləşib.

“100 nəfər oturub 78 nəfər səs verir. Bu nə deməkdir?!”, – O.Əsədov bildirib.  /Report