XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 13:13

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş hərbçilər Azərbaycandan Türkiyəyə qayıdıb –VİDEO

Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb.
Tədbirdə təlim iştirakçılarına hədiyyələr təqdim edilib.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, silah və texnikaları Sədərək sərhəd-keçid məntəqəsindən-Araz çayı üzərindəki “Ümid” körpüsündən xidmət yerlərinə yola salınıb.