Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib.
Strateq.az xəbər verir ki, bu barədə Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn sosial şəbəkədəki hesabında məlumat verib.
O bildirib ki, Həlimə Əliyeva Türkiyədə dünyasını dəyişib.