XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 14:12

Elçibəyin kürəkəni:"Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşdi...”

“Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşdi”.

Bu barədə “Report”a mərhumun kürəkəni Aqil Səmədbəyli deyib.

O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: “Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi“.

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib: “Biz şokdayıq”.