XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2019 - 15:24

Gürcüstan hökumətində dəyişikliklər gözlənilir –Baş nazir vəzifədən gedir?

Gürcüstanın bəzi KİV-ləri hökumətdə kadr dəyişikliklərinin olacağı barədə məlumatlar yayıb.

Məlumata əsasən, Gürcüstanın baş naziri Mamuka Baxtadze və məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifələrini tərk edəcəklər.

KİV qeyd edib ki, Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili baş nazir təyin olunacaq.

Yayılan məlumatları şərh edən Gürcüstan parlamentinin vitse-spikeri Gia Volksi hazırkı mərhələdə hökumətdə hər hansı bir dəyişikliyin planlaşdırılmadığını deyib: “Ayda bir dəfə ya da daha tez-tez hökumətdə kadr dəyişikliklərinin olacağı ilə bağlı informasiyalar yayılır. Əgər gələcəkdə hər hansı bir dəyişiklik baş versə, bu barədə hamı biləcək”.

Report