XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2016 - 16:40

“Nə edirsinizsə, edin…” – [color=red]Ərdoğandan Rusiya və PKK-ya xəbərdarlıq

"Bu ölkəyə və millətə nifrət edənlərin yanında olmaq siyasət deyil, xəyanətdir".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təhlükəsizlik qüvvələri əhaliyə zərər vermədən yaşayış ərazilərində terrora qarşı mübarizə aparır. Təbii ki, bu da əməliyyatların qısa zamanda bitməsinə əngəl olur. Dinc vətəndaşlarımızın həyatını təhlükəyə atmaqdansa, əməliyyatları daha uzun zaman ərzində təhlükəsiz həyata keçirməyi üstün tutduq. Ötən il 3000-dən çox terrorçu öldürüldü. 300 nəfərə yaxın isə itkimiz var. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Min ildir ki, bu torpaqlarda yaşamağın bədəlini ödəyirik. Xüsusilə son 200 ildə yaşadığımız ağrı və acılara baxmayaraq, hələ də məğrur dayanırıq. Bu, belə də davam edəcək. Bu gün Türkiyə bu əməliyyatları aparmaqda qərarlıdır. Nə bölgəmizdə, nə də daxilimizdə gedən oyunlar bizi yolumuzdan döndərə bilməyəcək”, – Ərdoğan bildirib.

Ərdoğan çıxışı zamanı HDP sədri Səlahəddin Dəmirdaşın Moskva səfərinə toxunub:

“Rusiyaya getdilər. Onun arxasındakı qüvvələrə, terror təşkilatına silah yardımı edəcəklər. Nə edirlərsə, etsinlər. Bu ruh və inanc olduqdan sonra nə bir qarış torpağımızı verəcəyik, nə də hədəflərimizdən yayınacağıq”.

Prezident onu əlavə edib ki, Türkiyədə kürd problemi yoxdur, terror problemi var(Axar.az).