XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2019 - 12:40

Suriya Türkiyə ordusunun postunu raketlə vurdu:ölən və yaralanan yoxdur

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətindəki 9 saylı müşahidə postuna hücum olub.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Suriya ordusu Tall Bazan bölgəsindən Murakdakı Türkiyə ordusunun müşahidə postuna top və raketlərdən atəş açıblar: “Hücum nəticəsində postdakı təchizata qismən ziyan dəysə də, hərbçilər arasında ölən və yaralanan yoxdur”.

Məlumatda bildirilib ki, atəşə cavab verilib.