XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 İyun 2019 - 17:20

Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərildi –"Ural hava yolları" şirkəti ərazi bütövlüyümüzə qarşı təxribata yol verib

Rusiya Federasiyasının “Ural hava yolları” şirkətinin rəsmi mətbuat orqanı olan “UAM” jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verilib.

Jurnal öz səhifəsində “Günəşli Ermənistana vertolyot turları” adlı reklam yerləşdirilib. Reklamda Dağlıq Qarabağ Ermənistan ərasizi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə vertolyot turlarının təşkili də qeyd edilib.

Qeyd edək ki, “Ural hava yolları” şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava ucuşları həyata keçirir. /Report