Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.
Strateq.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.
Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb.
Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
Bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.
Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.
Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.