Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib.
Strateq.az xarici mətbuata istinadla bildirir ki, o, bu gün keçirilən məhkəmə zalında qəfil həyatını itirib.
Məhəmməd Mursi 1951-ci ildə anadan olub.
O, Qahirə Universitetini bitirib. ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.
1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib.
2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib.
2012-ci ildə Misir prezidenti seçilib.
Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunmuşdu.
2015-ci ildə barəsində edam qərarı verilsə də, şikayət səbəbindən icrası həyata keçirilməmişdi.
O vaxtdan bununla bağlı məhkəməsi keçirilirdi…