XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

17 İyun 2019 - 21:14

Donald Tramp London merini tənqid etdi:"Sadıq Xan paytaxtı məhv edib"

ABŞ Prezidenti Donald Tramp şəxsi “Twitter” hesabından London meri Sadıq Xanı tənqid edib.

Tramp 24 saat ərzində baş verən 3 cinayət hadisəsindən sonra paylaşdığı yazıda Londonun ilk müsəlman meri Sadıq Xanın İngiltərənin paytaxtını məhv etdiyini bildirib. Prezident Londonun yeni merə ehtiyacı olduğunu yazıb.

Sadıq Xanın köməkçisinin verdiyi açıqlamada merin hazırda cinayət qurbanlarının ailələrinin yanında olduğunu və belə tənqidlərə cavab verərək vaxtını itirməyəcəyini söyləyib.