XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2016 - 10:21

“Əgər İran Gürcüstana qaz satsa, o zaman…”[color=red] – Gürcü nazir müavinindən açıqlama

"Əgər İran Gürcüstana qaz satsa, o zaman Tiflisin “Qazprom” qarşısında maliyyə öhdəlikləri yaranmış olacaq".

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetika nazirinin müavini İlya Eloşvili söyləyib. Onun sözlərinə görə, İran qazı Gürcüstana yalnız Ermənistan vasitəsilə gələ bilər:

 “İrandan qaz gəlməsi üçün Ermənistan ərazisindəki 700 millimetrlik boru kəmərindən istifadə edilməlidir. Bu boru kəmərinin sahibi “Qazprom”un törəməsi olan şirkətdir. Əgər biz İrandan qaz alsaq, o zaman tranzit üçün “Qazprom”a qaz ödəmiş olacağıq. Gürcüstanın Azərbaycan, Rusiya və İrandan qaz almaq imkanları var. Biz hər üç ölkə ilə açıq danışıqlar aparmalıyıq və öz milli maraqlarımızdan çıxış etməliyik. Biz bir mənbədən asılı olmamalıyıq”. 

Qeyd edək ki, hazırda Gürcüstanın ən böyük qaz təchizatçısı Azərbaycandır. SOCAR ölkənin qaza olan tələbatının hamısını ödəyə biləcəyini bəyan etsə də, Tiflis buna məhəl qoymayıb. Hazırkı hakimiyyət ölkənin enerji mənbələrinin diversifikasiyasını həyata keçirməkdə israrlı olduğunu bildirib. Məhz buna görə “Qazprom” və İranla danışıqlara başlayıb(Axar.az).