XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2016 - 10:51

ABŞ İŞİD-i neftlə “vurdu” [color=red] – Pentaqon

İŞİD qanunsuz neft ticarətindən əldə etdiyi gəlirlərin təxminən üçdə birindən məhrum olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi İŞİD-ə yönəlik hava əməliyyatlarından sonra bu qruplaşmanın neft gəlirlərinin yüzdə otuzunu itirdiyini açıqlayıb.

«Beynəlxalq koalisiyanın hava zərbələri, həmçinin «Zəlzələ dalğası» adlı əməliyyatdan sonra İŞİD-in neft gəlirləri azalmağa başlayıb. Sentyabra qədər İŞİD hər ay neftdən 47 milyon dollar qazanırdı. Əvvəl gün ərzində 45 min barrel neft hasil olunurdusa, indi bu rəqəm 34 minə enib» – deyə, Pentaqon rəsmisi Stiven Varren bildirib.

Qeyd edək ki, neft ticarəti, insan alveri və qaçaqmalçılıq İŞİD-in əsas gəlir mənbələri hesab olunur.