XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2016 - 15:43

“Çox ciddi islahat tədbirləri görülməlidir” – [color=red]Sabiq nazirdən açıqlamalar

“Neftin qiymət 12-13 dollara düşəcək”.

Bunu sabiq maliyə naziri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdən çıxmaq üçün xeyli gecikib: 

“Bu vəziyyət Rusiya ilə Ukrayna münasibətləri korlanandan və Rusiyadakı vəziyyət gərginləşəndən sonra başlayıb. Biz isə hələlik gözləmə mövqeyi tutmuşuq və bəzi tədbirlərlə keçinirik. Belə bir vəziyyətdən çıxmaq Azərbaycan üçün çətin olacaq. Çox ciddi islahat tədbirləri görülməlidir ki, vəziyyətdən daha az zərərlə çıxıb, ölkənin iqtisadi inkişaf tempini inkişaf etdirəsən. Bunun üçün qanun layihələri irəli sürmüşəm. Verilən layihələri dəyərləndirmək lazımdır. Səhv cəhətləri varsa, düzəltmək və köklü islahatlara getmək lazımdır”. 

S.Məmmədov qeyd edib ki, ənənəvi üsullarla, bu günə kimi qəbul edilən tədbirlərlə vəziyyətdən çıxmaq mümkün olmayacaq. O, hesab edir ki, qeyri-adi tədbirlərə əl atmaq lazımdır.

Sabiq nazirin fikrincə, manatın dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatını darmadağın edə bilər: 

“Özü də bu formadan dəyərdən düşməsi acınacaqlı haldır. Bu hay-küy süni formada yanlış qərarların nəticəsində yaranmış prosesdir. Bunu başqa səmtə yönəltməklə ölkəyə böyük xeyir vermək olar. Camaata bir panika lazım idi. O panika bizim özümüz tərəfimizdən yaradıldı. Manat pul sistemi insanın qan–damar sistemi kimi bir şeydir. Prosesi yumşaltmaq və ondan çıxmaq olar”. 

S.Məmmədov vurğulayıb ki, Azərbaycan Dövlət İqtisadiyyat Nazirliyinin nəzdində İqtisadiyyat, Elmi-Tədqiqat İnstitutu, Akademiyanın nəzdində İqtisadiyyat İnstitutu, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, müxtəlif iqtisadi qurumlar və araşdırmalar mərkəzi var, amma onların ölkənin bu ağır günündə onların fəaliyyəti gözə dəymir:

“Bu qədər iqtisadi qurumlardan bir layihə belə təqdim olunmayıb, görməmişəm. Mən özüm elmi-tədqiqat institutunun gördüyü işi görüb layihələr yazmışam. Onların vəzifəsi qanun, layihə formasında təkliflər irəli sürməkdir. Dövlətin vəzifəsi isə bunları müzakirə edib ortaq məxrəcə gəlib və ciddi sənəd qəbul etməkdir”. 

AzNews.az