XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 İyun 2019 - 19:03

Deputatdan yeni təyinatlara reaksiya:"Peşəkar və sınaqdan çıxmış komanda üzvləridir"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezidentin kadr dəyişikliyi üzrə bu gün imzaladığı sərəncamları yüksək qiymətləndirib.

Strateq.az xəbər verir ki, deputat yeni vəzifəyə təyin olunanları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb:

“Prezident peşəkarlığına, cəsarətinə, sadiqliyinə və dürüstliyinə əmin olduğu, sınaqdan çıxmış komanda üzvlərini yeni vəzifələrə təyin edib.

Məncə, hamı qəbul edər ki, bu təyinatlar zamanı əsas kriteriya yuxarıda qeyd etdiyim keyfiyyətlər olub. Hamısını təbrik edirəm, xalqımızın rifahı istiqamətində fəaliyyətlərində uğurlar arzulayıram.

Ümid edirəm, kadr islahatları davam etdiriləcək, islahatlar genişləndiriləcək. Xeyirli olsun.”