XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2016 - 17:51

Daha bir ölkə Tehranla əlaqələri kəsdi [color=red]- İranlı diplomatlara 72 saat vaxt verildi

Somali də İranla diplomatik əlaqələri kəsməyə qərar verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, səbəb şiə din xadimi Nimr əl-Nimrin edamına etiraz olaraq İrandakı Səudiyyə Ərəbistanı səfirliyinə olan hücumdur.

Somali Tehrandakı səfirini geri çağırıb, iranlı diplomatlara isə ölkəni tərk etmələri üçün 72 saat vaxt verib. 

Bundan əvvəl də Bəhreyn, Sudan, Cibuti, Qətər, Birləşmiş Ərəb Əmirlikləri İranla əlaqələrə son vermişdi.