XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

21 İyun 2019 - 11:31

Gürcüstan prezidenti:"Tbilisidəki etirazlar yalnız Rusiya üçün faydalıdır"

“Rusiya düşmənimiz və işğalçıdır. Onların idarə etdiyi “beşinci kalon” bu gün açıq təcavüzdən daha təhlükəli ola bilər. Bir daha demək istəyirəm ki, ölkədə və cəmiyyətdə parçalanma və daxili qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil”.

Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası qarşısında keçirilən etirazlara münasibət bildirərkən “Facebook” səhifəsində yazıb.

Onun fikrincə, Gürcüstanda daxili qarşıdurmanı təşviq edənlər “Rusiya siyasəti”ni dəstəkləyənlərdir. Bundan başqa, Gürcüstan prezidenti sabiq dövlət başçısı Mixeil Saakaşvilinin polisin etirazçılara qoşulmasına dair çağırışını pisləyib/Report.