XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

21 İyun 2019 - 15:03

Mədət Quliyev yeni kollektivə təqdim olundu –Mərasimdə Ramiz Mehdiyevlə Fuad Ələsgərov iştirak ediblər

Azərbaycanın yeni Müdafiə Sənayesi naziri Mədət Quliyev bu gün yeni təyin olunduğu nazirliyin kollektivinə təqdim olunub.

Strateq.az xəbər verir ki, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov təqdim ediblər.

Xatırladaq ki, Yavər Camalov vəfat edəndən sonra bu nazirliyə nazir müavini Yəhya Musayev müvəqqəti rəhbərlik edirdi.