«Əl-Qaidə»nin qollarından olan «İslam Məqribində Əl-Qaidə» terror təşkilatının adından təhdid videosu yayılıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, videoda İtaliya və İspaniya terrorla hədələnir: «Bu gün onlar bizim torpaqlarımızdadılar. Lakin Allahın izniylə, elə bir gün gələcək ki, biz onları öz torpaqlarında – Neapolda, Romada, Madriddə çökdürəcəyik».
13 dəqiqəlik videorolikdə törədilmiş terror aktlarından kadrlar, təşkilatın Malidəki üzvləri, həmçinin qruplaşmaya qoşularaq İslam dinini qəbul edən və Əbu əl-Nur əl Andalusi adını götürən İspaniya vətəndaşı da var.
İspaniya hüquq-mühafizə orqanları təhdid videosu ilə bağlı təhqiqat başladıb.