XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 January 2016 - 05:32

[color=red] Ankara İrana xəbərdarlıq etdi [/color] – Səfir XİN-ə çağrıldı

erdoqan-1.jpg

Türkiyə Xarici İşlər Nazirliyi İran mətbuatında Səudiyyə Ərəbistanında aralarında şiə din xadimi Nimr ən-Nimrin də olduğu 47 nəfərin  edamı  ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfəri arasında bir əlaqə olması ilə bağlı məlumatların yayılmasını pisləyib.  İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb və bu məlumatların yayılmasına son qoyulması istənilib.

Türkiyə Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında bildirilib ki, Ankara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanan Səudiyyə Ərəbistanına səfərindən sonra bir qrup şəxsin edam olunmasının bu səfərlə əlaqələndirilməsi, bu məlumatlarda Türkiyə prezidentini ittiham edən ifadələrin işlədilməsini şiddətlə qınayır.  Bu məsələ İran səfrinin də diqqətinə çatıdırlıb.

Eyni zamanda İran səfirinin diqqətinə çatdırılıb ki, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qorunması hökumətlərin öhdəliyidir və Tehranın Məşəd şəhərindəki Səudiyyə Ərəbistanı səfirliyi və konsulluğuna hücümlar heç bir şəkildə qəbul və izah edilə bilməz.

Xatırladaq ki, Ərdoğan Səudiyyə Ərəbistanında aralarında şiə din xadimi Nimr ən-Nimrin də olduğu 47 nəfərin edam olunmasına münasibət bildirərkən onlardan yalnız birinin şiə olduğunu vurğulayaraq belə demişdi: “Bir nəfər də şiədir. Bu onların qərarı, şərh edib-etməmək, bir ayrı mövzudur. Misirdə minə yaxın insan haqqında edam qərarı verildi. Ey dunya haradasan?”

Strateq.az