Bu gün səhər saatlarında siqaret alıcıları yeni sürprizlə qarşılaşıblar. Siqaretlərin qiyməti daha 25% bahalaşıb. Alıcılara bildirilib ki, topdansatış şirkətləri parakəndə satış məntəqələrinə yeni qiymət cədvəli təqdim ediblər. Hazırda dükanlarda siqaretləri əvvəlki qiymətin üzərinə 25% gələrək yeni qiymətlərlə təklif edirlər.
Xatırladaq ki, ötən il 21 dekbar devalvasiyasından sonra siqaretlərin qiymətləri 50% bahalaşmışdı. O zaman 1 ABŞ dolları/1.55 AZN kursu müəyyən olunmuşdu. Hazırda isə 1 dollar 1.75 AZN-dən yuxarı təklif edilir. Satıcılar siqaretin bahalaşmasının məhz dolların qalxması ilə izah edirlər.
Strateq.az