XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2019 - 11:30

İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir –FOTO

İran şirkəti Şuşada yerləşən Yuxarı Gövhar Ağa məscidini bərpa edir.

İntensiv davam edən işlərin ilin sonuna qədər bitəcəyi gözlənilir.

Ermənistan tərəfinin razılığı ilə layihəni İran memarlıq şirkəti “PartSaman Jahan” və iranlı mütəxəssislər yerinə yetirirlər.

Yuxarı Gövhar Ağa şəhərinin mərkəzi meydanında yerləşən və Şuşada tikilmiş ən qədim məsciddir.

Xatırladaq ki,  1883-1885-ci illərdə tikilmiş məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir.

Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

İşğal altındakı məsciddə tikinti-bərpa işlərini aparmaq üçün Ermənistan tərəfi rəsmi Bakının icazəsini almayıb. /Modern.az