XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 June 2019 - 11:18

Binəli Yıldırımla İmamoğlu arasında “Çay debatı”:"Qonaq ev sahibinin quzusudur"

AKP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım CHP-li rəqibi Əkrəm İmamoğlunun “çay dəvəti” çağırışına cavab verib.

Strateq.az xəbər verir ki, sosial şəbəkədəki hesabından “Çay dəvəti üçün hələ də gözləyirəm”, – deyən İmamoğluna Binəli Yıldırım elə sosial şəbəkə vasitəsi ilə də cavab verib:

“Çay dəvətim hələ geçərlidir, ancaq qonaq ev sahibinin quzusudur. Belə tez canlılığa lüzum yoxdur. Bazar geçsin, harada istərsə, çayımızı içərik”.

Xatırladaq ki, sabah İstanbulda təkrar bələdiyyə seçkiləridir.