XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

05 Mart 2015 - 06:24

Artur Rasi-zadə yeni qərar imzaladı

artur-rasizade-yen.jpg

“Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Bu barədə baş nazir Artur Rasizadə qərar verib.
Qərarla müəyyən edilib ki, narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicədən vaxtından əvvəl azad ediləcəklər(Lent.az).