XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2019 - 00:00

Tbilisi meri:"Bu hərəkətlərə hüquqi qiymət veriləcək və onlar cəzasız qalmayacaq"

“İyunun 20-də Tbilisidə baş verənlərə heç cürə haqq qazandırmaq olmaz və hadisələrin inkişafının tam məsuliyyəti destruktiv siyasətçilərin üzərinə düşür”.

Bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze yaydığı videomüraciətdə deyib.

Onun sözlərinə görə, destruktiv qüvvələr və konkret siyasətçilər olduqca pis hərəkət etdilər:

“Biz də, cəmiyyət də gördü ki, konkret siyasətçilər aksiyada olan gəncləri parlamentə hücum etməyə çağırırdı. Bu hərəkətlərə hüquqi qiymət veriləcək və onlar cəzasız qalmayacaq”.

K.Kaladze qeyd edib ki, aksiyanın dağıdılması zamanı xüsusi təyinatlıların vəzifə səlahiyyətlərini aşması ilə bağlı müvafiq qurumlar araşdırma aparır. Onun sözlərinə görə, bu cür hallar təsdiqini taparsa, müvafiq reaksiya olacaq. /Report