XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

23 İyun 2019 - 10:05

Prezident:"Gürcüstan bölgədə yeni gərginlik nöqtəsinin yaranmasını istəmir" - VİDEO

“Nə Gürcüstan, nə də Avropa İttifaqı bölgədə yeni gərginlik nöqtəsinin yaranmasını istəyir”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Euronews” kanalına ölkədə son günlər baş verən hadisələri şərh edərkən deyib.

O bildirib ki, ölkədə istənilən gərginliklə bağlı olan cəhdlərin qarşısı dinc yolla alınacaq.

S.Zurabişvili Tbilisi və Moskva arasında gərginliyin olmasına baxmayaraq, Gürcüstana 1,5 milyon nəfər rusiyalı turistin səfər etdiyini deyib:

“Gürcüstanda rusiyalı turistlər və yerli əhali arasında heç bir insident olmayıb. Rusiyalı turistlər Gürcüstana səfər etməkdə davam edəcəklər, çünki onlar Gürcüstanı sevirlər”. /Report