Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.
Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb. 11;12;7A15;22;30;32;35;36;40;44;49;50;51;57; 60;62;64;81;103;105;141;214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.
Qeyd edək ki, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında yanğın baş verib. /APA