XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

23 İyun 2019 - 12:55

Eldar Əzizov yanğın baş verən ərazidə:“Səbəbləri araşdırılacaq”

Bakının Nizami rayonu ərazisində yerləşən “X-Lady” mağazasında səhər saatlarında başlayan yanğın söndürülüb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

Eldar Əzizov mətbuata açıqlamasında bildirib ki, yanğının baş vermə səbəbləri araşdırılacaq: “Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə lazımi işlər görülür. Yanğının baş vermə səbəbləri obyektiv qaydada araşdırılacaq”. /Musavat.com