XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 20:05

DİN əməkdaşları əməliyyat keçiriblər: Cinayətkarlar zərərsizləşdirilib – VİDEO

DİN əməkdaşları əməliyyat keçiriblər: Cinayətkarlar zərərsizləşdirilib – VİDEO

Daxili işlər orqanları mütəşəkkil cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Mingəçevir və Şirvan şəhərlərində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Region TV xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və adları çəkilən şəhərlərin Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin külli miqdarda alqı-satqısı ilə məşğul olan, 4-ü əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 6 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb.
Baxış zamanı onlardan 2 avtomat, 1 tapança, 7 əl qumbarası, 800 qram partlayıcı maddə, 65 ədəd müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda, 6,5 kiloqrama yaxın narkotik vasitə olan tiryək və heroin götürülüb.
Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.