XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2019 - 15:33

Mariya Zaxarova:"Gürcüstan prezidentinin bəyanatı kalkulyatordan istifadə etməklə hazırlanıb"

“Əgər rusiyalı turistlər özlərini Gürcüstanda təhlükəsiz hiss etmirlərsə, onları isti qarşılamırlarsa, onda onlar heç kəsə heç nə borclu deyirlər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatını “Facebook”-dakı səhifəsində şərh edərkən bildirib.

S. Zurabişvili dünən verdiyi bəyanatda rusiyalı turistlərin Gürcüstana gələ bilməli olduğunu söyləyib: “Ona görə ki, onlar Gürcüstanı çox sevirlər, siyasətçilər və rəhbərlər isə problemin həllini tapmalıdırlar”.

M. Zaxarova Gürcüstan prezidentinin bu bəyanatının kalkulyatordan istifadə etməklə  hazırlandığını söyləyib. /APA