Türkiyənin sabiq prezidenti Abdulla Gül İstanbulda səsvermədən sonra maraqlı açıqlamalar verib.
Strateq.az xəbər verir ki, səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran sabiq prezident bundan sonra Türkiyə üçün yeni dönəmin başlayacağına ümid etdiyini deyib:
“Biz bu gün səsimizi verdik. Türkiyə üçün xeyirlisi nədirsə, o olsun. Bundan sonra önümüzdə 4-4.5 illik dönəm var. İnşallah, hər şey məmləkət üçün gözəl olar.
Ümid edirəm ki, insanların gözləntiləri qarşılanar”.