Xəbər verdiyimiz kimi, bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səsvermə başa çatıb.
Strateq.az xəbər verir ki, Bakı vaxtı ilə saat 9.00-da başlayan səsvermə saat 18.00-da yekunlaşıb.
Qeyd edək ki, İstanbul üzrə 31186 seçki dairəsi üzrə 10 milyon 560 min 963 nəfərin səsvermə hüququ olub.
İlkin məlumata görə, budəfəki seçkiyə rekord seçici qatılaraq, səs veriblər.
Saat 18.00-dan qutular açılaraq, səslərin sayılmasına başlanılıb.
Nəticələrin bu gecə saatlarına qədər elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, seçkidə əsas rəqabət AKP-li Binəli Yıldırımla CHP-li Əkrəm İmamoğlu arasında gedir.