“Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər müzakirə olunması üçün yenidən konkret sənəd etdilər”.
Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, hazırda sənədlər nəzərdən keçirilir: “Ondan sonra 2-3 ay ərzində yeni görüş təklifi verilə bilər”. /APA