XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 13:59

“Mərkəzi Bank, əslində, dollar ajiotajı yaratdı…” – [color=red]Vüqar Bayramovdan yeni açıqlamalar

"Dolların manata qarşı məzənnəsi 1.85 manatadək yüksəlib və problem yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda, valyuta dəyişmə məntəqələrində xarici valyutanın yumşaq desək, “yoxa çıxmasındadır”. 

Strateq.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, banklar və valyutadəyişmə məntəqələri artan tələbi qarşılamaq imkanına malik deyil:

"Əslində, Mərkəzi Bank kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verəndə mən bununla manatın ucuzlaşmasına start verildiyini qeyd etmişdim.

Bugünkü məzənnə ikinci devalvasiyadan keçən qısa müddətdə manatın dollara nisbətən 20 faizə yaxın dəyər itirməsi deməkdir. Üzən məzənnə rejiminə keçən manat sadəcə dəyər itirməkdədir. Reallıq bundan ibarətdir ki, Mərkəzi Bank dekabrın 21-də manatın kursunu kəskin, 50 faiz aşağı salmaqla, əslində, dollar ajiotajı yaratdı. Kursu bir gündə yarıbayarı aşağı salmaq bütün hallarda milli valyutaya inamın itməsinə səbəb olmaqla dollara tələbin kəskin artırmalı idi və bu da baş verdi. Belə görünür ki, Mərkəzi Bank ikinci devalvasiya ilə dollara tələbi artırmaqla dollarlaşma prosesini sürətləndirmək və xarici valyuta ehtiyatlarına qənaət etməyə çalışıb. Bununla Mərkəzi Bank az dollar ilə çox manat alır. Yəni əvvəllər baş bank bazara 1 milyon dollar çıxaranda dövriyyədən 1 milyon 50 min manat çıxarırdısa, indi hər milyon dollarda 700 min daha çox manatı bazardan götürür. Bu isə o deməkdir ki, Mərkəzi Bank üçün manata inamın bərpa edilməsi prioritet deyil, indiki məqamda əsas hədəf dollarlaşmanı mümkün qədər daha qısa zamanda başa çatdırmaq və əks-dollarzasiya prosesinə nail olmaqla valyuta ehtiyatlarını qorumaqdır".

İqtisadçı qeyd edib ki, həftə sonunda bir sıra valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməyəciyini və dollar qıtlığının yaranacağını öncədən proqnozlaşdırmaq olar: "Növbəti 2 gündə dollara olan tələbin ödənilməsi üçün Mərkəzi Bank auksionda daha böyük məbləğdə dollara satmalıdır. Əks halda Mərkəzi Bankın istirahət etdiyi növbəti 2 gündə kommersiya bankları və valyutadəyişmə məntəqələri dollar satmaq deyil, xarici valyuta satan olacaqsa, almaq haqqında düşünəcəklər".

Strateq.az