XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 June 2019 - 13:02

Lalə Şövkət:"Şirməmməd Hüseynovun vəfatı məni dərindən sarsıtdı"

Keçmiş Dövlət katibi Lalə Şövkət professor Şirməmməd Hüseynovun vəfatı ilə bağlı başsağlığı verib.

Strateq.az-a daxil olan başsağlığı məktubunda deyilir:

“Şirməmməd Hüseynovun vəfatı məni dərindən sarsıtdı. Azərbaycan əsl ziyalısını, mütəfəkkirini, böyük müəllimini itirdi. Şirməmməd müəllim əqidəsini, qürurunu qoruyub saxlayan nadir şəxsiyyət idi. Onun itkisi Azərbaycan üçün əvəzolunmazdır.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun! Ruhu şad olsun!”.