Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası ətrafına xüsusi təyinatlılar yerləşdirilib.
Bu barədə “Rustavi 2” televiziya kanalı məlumat yayıb.
Məlumata əsasən, bir neçə dəqiqə bundan öncə çox sayda xüsusi təyinatlı avtobuslarla hökümət binasına gətirilib.
Bununla yanaşı, Gürcüstanın Daxili İşlər Nazirliyinə məxsus xüsusi avtomobillər də hökümət binasının ərazisinə daxil olub/Report.