XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 June 2019 - 12:20

İran Atom Enerji Təşkilatı:"Avropaya verilən möhlət sabah başa çatır"

İyunun 27-də İranın Avropaya verdiyi ongünlük möhlət başa çatır. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

Onun sözlərinə görə, möhlətin başa çatması ilə 300 kiloqramdan artıq uranın zənginləşdirilməsini həyata keçirəcək və prosesi sürətləndirəcək.

B.Kəmalvəndi deyib ki, ikinci addımının icrası ilə 3,7%-dən çox uran zənginləşdirilməsi prosesi 2-3 gündən artıq vaxt aparmayacaq: “Avropa ölkələri üçün hələlik vaxt var, amma əgər daha çox vaxt istəsələr, bu o deməkdir ki, ya bacarmırlar, ya da öhdəliklərini yerinə yetirmək istəmirlər”.

Qeyd edək ki, B. Kəmalvəndi bundan öncə uran istehsalının 4 dəfə artırıldığını və 300 kiloqramdan çox istehsal üçün geri sayım başlandığını bildirib.