XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 22:57

Kralın qızı öldürülən şiə alimin müdafiəsinə qalxdı – [color=red]”Biz azadlığı Nimirdən öyrəndik” (Video)

seher-1.jpg

Ötən il dünyasını dəyişən Səudiyyə kralı Abdullah bin Əbdüləzizin qızı öz tayfasının əleyhinə etiraza qalxıb. 

Strateq.az xəbər verir ki, “Əl-İtticah” telekanalının yaydığı məlumata görə, şahzadə xanım Səhər bint Abdullah bin Əbdüləziz yanvarın 2-də edam edilən şiə alim şeyx Nimir-ən-Nimirin öldürülməsinə qarşı çıxıb və ayətullanı "azadlıq mücahidi" adlandırıb. 

Kralın qızı ərəb xalqına müraciət edərək bildirib ki, o, "azadlıq və əzəməti" məhz şeyx Nimirdən öyrənib: “Salam olsun bizim ölməyən şəhidlərimizə və zindanda hürriyyətdə olanlarımıza. Biz siz mücahidlərin qanadı altında, sizin uğrunuzda döyünən ürəklərimizlə arxanızca hərəkətdəyik. Əhd edirik ki, əlimizi sizin əlinizdən qoparmayacğıq… Biz şeyximiz Nimirdən azadlıq, əzəmət və fəxr etməyi öyrəndik. Necə ki, onun haqq yolundan sapınmadığını gördük və o, bizə sonda qələbə müjdəsini verdi.”

ABŞ-dan yayımlanan ərəbdilli “Əl-Hurrə” telekanalının aparıcısı ondan, “Hazırda özünüzü azad saymırsınızmı?" sualına cavab olaraq xanım Səhər deyib: “Şübhəniz olmasın. İnsanın iradə azadlığının olmadığı və haqlarının pozulduğu hər yer zindandır.”