XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 07:51

Misirdəki otelə terror hücumu[color=red] – 3 avropalı turist yaralandı

Misirin tanınmış tətil bölgəsi Hurqadada yerləşən "Bella Vista" otelinə terror hücumu olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hucum zamanı 3 avropalı turist yaralanıb. Onlardan ikisi Avstriya, digəri də İsveç vətəndaşıdır.

Terrorçulardan birinin polisin keçirdiyi əməliyyatda, digərinin isə aldığı yaralardan sonra öldüyü bildirilir. 

Məlumata görə, terrorçular otelə küçəyə çıxışı olan restorandan giriblər. Və əvvəlcə otelin əməkdaşlarını soyuq silahla təhdid ediblər.

Terror aktına görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Misir hökuməti hadisədən sonra Şarm əl-Şeyx, Taba, San-Kartin və başqa şəhərlərdə otellərin mühafizəsini gücləndirib.