“ABŞ Prezidenti Donald Tramp bu ilin iyul ayında Türkiyəyə səfər edə bilər”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın “Nikkey” qəzetinə müsahibəsində bildirib.
“Fikrimcə, ABŞ Prezidenti Trampla “Böyük-20”liyin zirvə toplantısında görüşüm ikitərəfli münasibətlərdə dirənmiş məsələləri və əməkdaşlığımızı gücləndirməyimiz üçün vacib rol oynaya bilər. Hazırda Trampın Türkiyəyə səfəri müzakirə olunur”, – o vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəni “F-35” qırıcıları ilə bağlı layihədən uzaqlaşdırması ilə bağlı məsələyə də münasibət bildirib: “Biz “F-35”lə bağlı 1,25 milyard dollar ödəmişik. Əgər onlar doğru olmayan bu addımı atsalar, onda biz xərclədiyimiz məbləği geri qaytarmaq üçün beynəlxalq məhkəməyə müraciət edəcəyik”.
Qeyd edək ki, iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində “Böyük-20”liyin (“G-20”) sammiti keçiriləcək. /Report