Bu gün Bakının mərkəzindəki valyutadəyişmə məntəqələrinin əksəriyyəti işləmir və valyuta satmır.
Bir çoxu fəaliyyətini müxtəlif bəhanələrlə dayandırıb. Dollar almaq istəyənlərin sayı çox olsa da, məntəqələr valyuta satmır. Cəmi 2 məntəqədə dollar satışı həyata keçirilib. Onlarda da dollar 1,56 manata alınıb, 1,626 manata satılıb.
Avronun məzənnəsi isə fərqli olub – 1 avro 1,68-1,7 manatdan alınıb, 1,77-1,78 manata satılıb.
Məntəqələrdə 100 rubl 2,01-2,09 manata alınıb, 2,17 manata satılıb. Amma sonradan bu məntəqələrdə növbəyə dayanan vətəndaşlara dolların satılıb qurtardığı bildirilib(fins.az).