XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 13:34

Yuri Uşakov:"Putin Trampı Rusiyaya dəvət edib"

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Böyük Vətən müharibəsinin başa çatmasının 75-ci ildönümünə həsr olunacaq bayram tədbirinə dəvət edib.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Biz ABŞ prezidentini gələn il mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibəti ilə Rusiyaya dəvət etdik”, – o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ lideri dəvəti müsbət qarşılayıb.

Qeyd edək ki, bu gün Yaponiyanın Osaka şəhərində “Böyük-20″liyin (“G-20”) zirvə toplantısı keçirilir. Sammit çərçivəsində ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub. /Report