XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

09 Yanvar 2016 - 11:23

Bill Klintonla Putinin [color=red] məxfi telefon danışıqları açıqlanıb

putin gul.jpg

ABŞ-ın keçmiş prezidenti Bill Klintonla Rusiya prezidenti Vladimir Putininin  telefon danışıqlarının stenoqrramı açıqlanıb. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb. 1 may 1997-ci ildən 31 dekabr 2000-ci il tarixə qədər baş tutmuş telefon danışıqlarının stenoqramına istinadla qəzet yazır ki, B.Klinton V.Putində “böyük potensial” olduğunu bildirib.

B.Klinton bildirib ki, Putinin çox böyük potensialı var: “Hesab edirəm ki, Putinin çox böyük potensialı var. Mənə elə gəlir ki, o ağıllı və düşüncəlidir. Fikirləşirəm ki, biz bir yerdə çox yaxşı şeylər edə bilərik”.

Digər telefon danışığında B.Klinton qeyd edir ki, V.Putinin niyyətləri “sadə və xeyirxahdır”. Bu sözlər onun Britaniyanın keçmiş Baş naziri Toni Bleyerlə söhbəti zamanı deyilib.

"The New York Times" qeyd edir ki, bu telefon danışıqlarının açıqlanması ABŞ prezidenti postu uğrunda yarışan Hillari Klinton üçün problemlər yarada bilər. Ötən ilin iyulunda H.Klinton V.Putini “çətin adam” adlandırmış və Rusiya lideri ilə münasibətlərdə daha ağıllı siyasət yürüdülməsinə çağırmışdı.

B.Klinton telefon danışıqlarında ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buşun da “bostanına daş atıb”. Onun fikrincə, o, amerikalıları sağ qüvvələrlə mübarizə aparmağa çağıraraq onları “axmaq yerinə qoyub”.

Qəzet qeyd edir ki, B.Klinton, həmçinin Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerin Mixail Qorbaçov haqqında dediyi məhşur “onunla iş görmək olar” ifadəsini V.Putin haqqında təkrarlayıb.

Strateq.az