XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 20:24

Məhəmməd Cavad Zərif:"İranın Ali Rəhbərinə qarşı sanksiyanın tətbiqi xalqımızı təhqir etmək deməkdir"

İranın Ali Rəhbərinə qarşı sanksiyanın tətbiqi bütün İran xalqını təhqir etmək deməkdir.

Bu sözləri İranın Xarici İşlər naziri CNN televiziyasına müsahibəsində deyib.

Nazir bildirib ki, ötən ay ABŞ-ın İrana qarşı təxribatları müşahidə edildi. Fars körfəzi, Hörmüz boğazı və Amman dənizində sabitliyin hökm sürdüyü halda ABŞ bunu pozmağa cəhd etdi. Rəsmi Vaşinqtonun İrana gücü çatmaz.

İran xalqı müharibə olacağı təqdirdə fəal şəkildə müqavimət göstərəcək. Lakin rəsmi Tehran nə ABŞ, nə də başqa dövlətlərlə müharibə etməyə çalışmır.

Ali Rəhbərə qarşı sanksiya tətbiq etməklə ABŞ İran hökumətini nüfuzdan salmağa çalışır. Lakin buna nail olmayacaq.

M.C.Zərif onu da bəyan edib ki, İranın Ali Lideri təvazökar və sadə həyat tərzi sürür. Onun xarici banklarda pulu və aktivləri yoxdur(azərtac).