XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 İyun 2019 - 17:31

Minsk-2019:Roman Heydərov Azərbaycana 21-ci medalı qazandırıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının karate yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin kata mübarizəsində medal uğrunda qarşılaşmalar başlayıb.

Bürünc mükafat uğrunda mübarizə aparan Azərbaycan təmsilçisi Roman Heydərov da tatamı üzərində bacarığını nümayiş etdirib. O, almaniyalı İlya Smorqunerlə mübarizə aparıb. 25,46 xal toplayan təmsilçimiz rəqibini qabaqlayıb. Almaniyalı 24,54 xal yığıb. Bununla da R.Heydərov bürünc medala yiyələnib.

Bu, Azərbaycan millisinin Minsk-2019-da 21-ci medalı olub. Bunlardan üçü qızıl, altısı gümüş, on ikisi bürüncdür.

Qeyd edək ki, yığmamızın iki karateçisi bu gün yarımfinalda qüvvəsini sınayacaq. İrina Zaretska qadınların 68 kq, Asiman Qurbanlı kişilərin 84 kq çəki dərəcəsində kumite yarışlarında finala vəsiqə üçün mübarizə aparacaq.