Azərbaycan karateçisi Asiman Qurbanlı “Minsk 2019” II Avropa Oyunlarında qızıl medal qazanıb.
“Report”un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə yer alan Qurbanlı finalda xorvatiyalı Ancelo Kvasiçə qalib gəlib – 5:0.
Bu, Azərbaycanın 5-ci qızıl medalı olub.