XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 16:32

Səudiyyə Ərəbistanı [color=red] İranı yenə hədələdi

seud-iran-1.jpg

Səudiyyə Ərəbistanı İrana qarşı yeni tədbirlər görülməsini müzakirə edir. Sky News Arabia telekanalı xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cübeyr bu açıqlama ilə çıxış edib. O bildirib ki, İran region ölkələrinin daxili işlərinə müdaxiləni davam etdirir. Əgər İran bu səylərindən əl çəkməsə, Səudiyyə Ərəbistanı Tehrana qarşı yeni tədbirlərin görülməsi mümkünlüyünə baxacaq.

Sky News Arabia telekanalı Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq Şurasının Səudiyyə Ərəbistanına tam dəstək verdiyi və İranın bu təşkilatın üzvü olan ölkələrin daxili işlərinə qarışmaq cəhdlərini pislədiyi barədə məlumat yaylb.

Xatırladaq ki, Sədiyyə Ərəbistanında şiə alimi Nimr əl-Nimrin edam edilməsindən sonra bu ölkənin Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluğu hücuma məruz qalmışdı. Buna cavab olaraq Ər-Riyad, Bəhreyn, Sudan, Somali və Cibuti İranla diplomatik əlaqələri kəsiblər.

Strateq.az