XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 İyul 2019 - 13:27

Tbilisidə keçirilən nümayişlərdə polis öldürücü təsirə malik silahlardan istifadə edir:"Onlara istifadə ilə bağlı təlimat verilməyib"

Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində iyunun 20-21-də keçirilən nümayişlərin dağıdılmasında istifadə edilən güllələrin öldürücü təsirə malik olduğu məlum olub.

Xüsusi təyinatlı dəstələrinin istifadə etdiyi narıncı rəngli güllələrin yaxın məsafədən açılan atəş zamanı ölümcül təsir yaratdığı bildirilib.

Məlumatlara görə, Gürcüstan hökuməti həmin mərmiləri 2018-ci ildə Türkiyədən idxal edib. İstehsalçı şirkət olan “Sterling”in rəsmi internet səhifəsində həmin mərmilər öldürücü güllələr kateqoriyasında yer alıb. Bildirilib ki, güllələrin 10 metrdən yaxın məsafədə istifadə edilməsi hədəfi öldürə bilər.

Gürcüstanın “Rustavi 2” telekanalının məlumatına görə, narıncı güllələr xüsusi təyinatlı polis dəstələrinə paylanan zaman onlara istifadə ilə bağlı təlimatlar verilməyib.

Qeyd edək ki, iyunun 20-21-də Tbilisidə baş verən nümayişlərdə 305 nəfər yaralanıb. Qarşıdurma zamanı 3 nümayişçi gözünü itirib. Xəsarət alanlardan bəziləri hələ də xəstəxanadadırlar. /APA