XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2019 - 14:27

Ernosto Toni:"Dağlıq Qarabağa missiya göndərmək üçün təhlükəsizlik təminatı verilməlidir"

“İşğal olunmuş ərazilərdə missiya həyata keçirmək üçün 2 şərt var”.

Bunu UNESCO-nun Baş direktorunun müavini Ernosto Toni ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən abidələrin mühafizəsinin təşkili ilə bağlı suala cavab verərkən deyib.

O qeyd edib ki, işğal olunmuş ərazilərə missiya göndərmək üçün təhlükəsizlik təminatı verilməlidir: “Həmçinin regionda iki-üç tərəfin razılaşması olmalıdır. Bu şərtlər olmasa, UNESCO işğal olunmuş ərazilərdə yerləşən abidələrə müdaxilə edə bilməz. Bu şərtlər ödənildikdə UNESCO bu və ya digər ölkənin ərazisinə ekspert göndərə bilər”. /APA